Ödənişsiz konsultasiya
Ana səhifə / Universitetlər / Yüksek İhtisas Universiteti
Yİ

Yüksek İhtisas Universiteti

Ankara · Özəl
Ödənişsiz müraciət et
Təsis ili2011
NövüÖzəl
Proqram7

Yüksek İhtisas Universiteti 2011-ci ildə Türkiyə Yüksək İxtisas Xəstəxanası Vəqfi və Türkiyə Dövlət Xəstəxanaları Vəqfi tərəfindən Ankarada qurulub (ilk adı Ankara Bilge Universiteti idi, 2013-cü ildə indiki adını alıb). Universitet tamamilə tibb və səhiyyə elmlərinə fokuslanıb. Kiçik və diqqətli mühitdə tələbələr müəllimlərlə yaxından işləyir. Əsas kampus Ankaranın Balgat rayonundadır.

Niyə Yüksek İhtisas?

  • Azərbaycan attestatı ilə qəbul — YÖS imtahanı tələb olunmur
  • Tibb həm ingilis, həm türk dilində
  • Xəstəxana vəqflərinin qurduğu, səhiyyəyə ixtisaslaşmış universitet
  • Bütün proqramlarda 40–50% endirim — bizim vasitəmizlə müraciət edənlər üçün
  • Kiçik universitet: kiçik qruplar və fərdi diqqət

Proqramlar və təhsil haqqı (endirimli, illik)

Proqram Dil Təhsil haqqı
Tibb İngilis $18 000 $10 500 / il
Tibb Türk $17 000 $9 900 / il
Fizioterapiya və reabilitasiya Türk $6 000 $3 000 / il
Tibb bacısı işi Türk $6 000 $3 000 / il
Qidalanma və dietologiya Türk $6 000 $3 000 / il
Dil və nitq terapiyası Türk $6 000 $3 000 / il
Səhiyyənin idarə edilməsi Türk $6 000 $3 000 / il

Magistr və doktorantura qiymətlərini məsləhətçimizdən dəqiqləşdirin.

Qəbul şərtləri

  • Bakalavr: Azərbaycan orta məktəb attestatı və qiymət cədvəli (tərcümə ilə) — YÖS lazım deyil
  • Magistr / PhD: bakalavr (magistr) diplomu və transkript
  • İngilisdilli tibb: dil sertifikatı və ya universitetin daxili imtahanı; səviyyə çatmırsa hazırlıq ili
  • Türkdilli proqramlar: TÖMER sertifikatı və ya hazırlıq ili

Lazım olan sənədlər: pasport surəti, attestat/diplom və transkript (tərcümə ilə), dil sertifikatı (varsa), vəsiqəlik şəkil. Qəbul: Payız 2026–2027 semestri üçün müraciətlər açıqdır. Yataqxana: Ankarada özəl tələbə yataqxanaları; uyğun variantı məsləhətçimiz təklif edəcək.

Tez-tez verilən suallar

  • YÖS imtahanı vermək lazımdırmı? — Xeyr, partnyor şərtlərinə görə universitet Azərbaycan attestatı ilə qəbul edir. Tibb üçün əlavə şərtləri məsləhətçimiz dəqiqləşdirəcək.
  • Müraciət nə qədər çəkir? — Sənədlər tam olduqda qəbul məktubu adətən bir neçə həftəyə gəlir.
  • Türk dilini bilmirəm, oxuya bilərəm? — Tibbi ingilis dilində oxuya bilərsiniz. Digər səhiyyə ixtisasları türk dilindədir, onlar üçün TÖMER və ya hazırlıq ili lazımdır.
  • Endirim necə alınır? — Göstərilən endirimlər bizim vasitəmizlə müraciət edənlərə şamil olunur.

Bütün proqramlar