Ana səhifə / Universitetlər / Bilkent University
Təsis ili1984
NövüÖzəl
Proqram32
Bilkent University 1984-cü ildə Ankarada təsis edilib və Türkiyənin ilk özəl (vəqf) universitetidir. Bütün bakalavr proqramlarında tədris ingilis dilindədir. Saytımızda 32 bakalavr proqramı var: mühəndislik, iqtisadiyyat, beynəlxalq münasibətlər, psixologiya, hüquq, memarlıq, dizayn, fundamental elmlər, musiqi və səhnə sənətləri.
Niyə Bilkent?
- Türkiyənin ilk özəl universiteti, Ankarada geniş kampus
- Bütün proqramlarda tədris ingilis dilində
- Təhsil haqqı bütün bölmələr üçün eynidir: $18 400 / il (2026-da qəbul olanlar, ƏDV daxil)
- Endirim mövcuddur — təqaüd imkanlarını məsləhətçimiz dəqiqləşdirəcək
Qəbul şərtləri (minimum)
- SAT: riyaziyyat + oxu bölmələri üzrə ən azı 1000/1600
- IB: ən azı 28/45
- GCE A Level: proqrama uyğun ən azı 3 fənn, minimum "C"
- Bir çox ölkənin milli imtahan nəticələri də qəbul edilir
- Minimum şərtlərə cavab vermək qəbula zəmanət vermir
Müraciət: 2026-2027 payız semestri üçün müraciətlər 2 fevral – 12 iyul 2026 tarixlərində qəbul edilib; növbəti qəbul dövrünü məsləhətçimiz dəqiqləşdirəcək.
