Ödənişsiz konsultasiya
Ana səhifə / Universitetlər / Beykoz Universiteti
Beykoz Universiteti

Beykoz Universiteti

İstanbul · Özəl
Ödənişsiz müraciət et
Təsis ili2016
NövüÖzəl
Proqram87

Beykoz Universiteti 2016-cı ildə Beykoz Logistika peşə məktəbinin bazasında yaradılıb. Universitet logistika, biznes, mühəndislik, incəsənət və dizayn, sosial elmlər üzrə ixtisaslaşıb və təhsildə sektora yönəlmiş, praktiki yanaşmanı əsas tutur. Endirimlə bakalavr təhsili ildə $2 300-dən başlayır.

Niyə Beykoz?

  • Azərbaycan attestatı ilə qəbul — YÖS imtahanı tələb olunmur
  • Endirimlə bakalavr ildə cəmi $2 300–3 300
  • Bakalavr proqramlarında 50%-ə qədər (bəzilərində 62%) endirim — bizim vasitəmizlə müraciət edənlər üçün
  • Logistika sahəsində köklü təcrübə, praktiki və sektora bağlı təhsil
  • 28 ingilisdilli proqram — kompüter və sənaye mühəndisliyi, biznes

Proqramlar və təhsil haqqı (endirimli, illik)

Proqram Dil Təhsil haqqı
Psixologiya Türk $4 600 $2 300 / il
Kompüter mühəndisliyi İngilis $6 600 $3 300 / il
Proqram mühəndisliyi Türk $4 600 $2 300 / il
Biznesin idarə edilməsi İngilis $6 000 $3 000 / il
Sənaye mühəndisliyi İngilis $6 000 $3 000 / il
Memarlıq Türk $4 600 $2 300 / il
Qrafik dizayn Türk $4 600 $2 300 / il
Qastronomiya və kulinariya sənəti Türk $4 600 $2 300 / il

Magistr: $2 100–9 000 (bütün təhsil üçün). Doktorantura proqramı bazada yoxdur. Dil kursu: ildə $1 300–1 690.

Qəbul şərtləri

  • Bakalavr: Azərbaycan orta məktəb attestatı və qiymət cədvəli (tərcümə ilə) — YÖS lazım deyil
  • Magistr: bakalavr diplomu və transkript
  • Orta bal təxminən 4 üzərindən 2.5 (proqrama görə dəyişir)
  • İngilisdilli proqramlar: dil sertifikatı və ya universitetin yerləşdirmə imtahanı
  • Türkdilli proqramlar: TÖMER B2 və ya hazırlıq ili

Lazım olan sənədlər: pasport surəti, attestat/diplom və transkript (tərcümə ilə), ingilis dili sertifikatı (varsa), vəsiqəlik şəkil. Qəbul: Payız 2026–2027 semestri üçün müraciətlər açıqdır. Yataqxana: İstanbulun Anadolu tərəfində — Kadıköy və Üsküdar ətrafında qız və oğlan tələbələr üçün özəl yataqxanalar (ayda təxminən ₺10 600-dən).

Tez-tez verilən suallar

  • YÖS imtahanı vermək lazımdırmı? — Xeyr, Beykoz Azərbaycan attestatı ilə qəbul edir.
  • Müraciət nə qədər çəkir? — Sənədlər tam olduqda qəbul cavabı adətən bir neçə həftəyə gəlir.
  • Türk dilini bilmirəm, oxuya bilərəm? — 87 proqramdan 28-i ingilis dilindədir; mühəndislik və biznes üzrə seçim var. Psixologiya, memarlıq, dizayn kimi türkdilli ixtisaslar üçün TÖMER və ya hazırlıq ili lazımdır.
  • Endirim necə alınır? — Göstərilən endirimlər bizim vasitəmizlə müraciət edənlərə şamil olunur.

Bütün proqramlar