Ana səhifə / Universitetlər / Bahçeşehir Kipr Universiteti
NövüÖzəl
Proqram44
Bahçeşehir Kipr Universiteti (BAU Cyprus) Şimali Kiprdə yerləşir və Bahçeşehir universitetlər şəbəkəsinin Kipr kampusudur. Saytımızda 4 önlisans, 23 bakalavr (əczaçılıq daxil), 10 master və 7 doktorantura proqramı var.
Niyə BAU Cyprus?
- Azərbaycan attestatı ilə qəbul — YÖS imtahanı tələb olunmur
- Bakalavr və önlisansda 80%-ə qədər təqaüd — ən yüksək təqaüdlə illik $1 490
- Masterdə 50%, doktoranturada 50% təqaüd mövcuddur
- Kompüter mühəndisliyi, süni intellekt, kibertəhlükəsizlik, hüquq, psixologiya, memarlıq, tibb bacısı işi və s.
Təqaüd dərəcələrinə görə qiymətlər (maksimum təqaüdlə)
| Səviyyə | Proqram | Maksimum təqaüd | Təhsil haqqı |
|---|---|---|---|
| Önlisans | Biznes menecmenti, kompüter proqramlaşdırması, mülki aviasiya və salon xidməti, ilk və təcili yardım | 80% | $1 490 |
| Bakalavr | Memarlıq, kompüter mühəndisliyi (kibertəhlükəsizlik, süni intellekt), proqram mühəndisliyi, bank işi və maliyyə, inşaat mühəndisliyi, tibb bacısı işi, ingilis dili müəllimliyi, elektrik-elektronika, iqtisadiyyat, qastronomiya, sənaye mühəndisliyi, hüquq (LLB), idarəetmə informasiya sistemləri, dövlət idarəçiliyi (türk dilində), politologiya və beynəlxalq münasibətlər, psixologiya, sosial iş, turizm və otel menecmenti, biznesin idarə edilməsi, interyer memarlığı, fizioterapiya | 80% | $1 490 |
| Əczaçılıq | Əczaçılıq | 75% | $2 300 |
| Master | Kompüter mühəndisliyi, memarlıq, beynəlxalq və müqayisəli hüquq, politologiya, idarəetmə informasiya sistemləri, səhiyyə menecmenti, ingilis dili təhsili, blokçeyn texnologiyası, biznesin idarə edilməsi | 50% | $2 583 (rəsmi $4 536) |
| Doktorantura | Biznes, dövlət idarəçiliyi, memarlıq, hüquq, politologiya, idarəetmə informasiya sistemləri, kompüter mühəndisliyi | 50% | $5 261 (rəsmi $9 261) |
Önlisans, bakalavr və əczaçılıq qiymətləri illik, master və doktorantura qiymətləri bütün təhsil üçün cəmi kimi göstərilir. Qiymət cədvəli 2024-cü ilin payız semestri üçündür; aktual qiyməti və təqaüd şərtlərini məsləhətçimiz təsdiqləyəcək.
Ödəniş
- Bakalavr / önlisans / əczaçılıq: səfərdən əvvəl ilkin ödəniş $1 000, qalan hissə qeydiyyatdan sonra hissə-hissə (80% təqaüddə təhsil haqqı bir dəfəyə ödənilir)
- Master: ilkin ödəniş $1 000; qeydiyyat haqqı $449 (0% təqaüd) və ya $166 (25% təqaüd); hər kurs $360
- Doktorantura: ilkin ödəniş $1 300; qeydiyyat haqqı $422 (0%) və ya $70 (25%); hər kurs $670, seminar $250
Lazım olan sənədlər: pasport surəti, attestat/diplom və transkript (tərcümə ilə), dil sertifikatı (varsa), vəsiqəlik şəkil.