Türkiyədə doktorantura (PhD) 2026: qiymətlər, sənədlər və ən sərfəli variantlar
Türkiyənin özəl universitetlərində doktorantura neçəyə başa gəlir, hansı sənədlər lazımdır, türkcə və ingiliscə proqramlar arasında qiymət fərqi nədir — 600-dən çox proqramın real datası ilə.
Magistraturanı bitirib elmi və ya akademik karyera düşünürsən? Türkiyədə doktorantura həm Avropaya nisbətən sərfəlidir, həm də dil baxımından Azərbaycandan olanlar üçün rahatdır. Saytımızda 42 universitetdə 600-dən çox doktorantura proqramı var.
Qiymətlər (bütün proqram üçün, USD)
Doktorantura qiymətləri adətən illik yox, bütün təhsil üçün göstərilir.
| Aşağı | Orta (median) | |
|---|---|---|
| Türkcə proqramlar | $4 000 | $12 000 |
| İngiliscə proqramlar | $5 000-dən yuxarı | $15 000 |
Qiymət universitetdən və ixtisasdan çox asılıdır: İstanbulun bir sıra özəl universitetlərində doktorantura $4 000–6 000 aralığından başlayır, bəzi universitetlərdə isə tibb və mühəndislik üzrə qiymət xeyli yüksəkdir.
Eksklüziv təklif: İstinye Universiteti
İstinye Universitetində aşağıdakı doktorantura proqramları eksklüziv endirimlə cəmi $5 800 (köhnə qiymət $12 500):
- Biznesin idarə edilməsi (türkcə və ingiliscə)
- Kommunikasiya elmləri (türkcə)
- Səhiyyə menecmenti (türkcə)
- Kompüter mühəndisliyi (yeni açılıb)
Hansı sənədlər lazımdır?
- Magistr diplomu və transkript
- Pasport surəti
- Dil sertifikatı — ingiliscə proqram üçün IELTS/TOEFL, türkcə proqram üçün türk dili bilik sənədi
- Tədqiqat təklifi (research proposal), CV, tövsiyə məktubları
- Bəzi universitetlər ALES və ya müsahibə istəyə bilər
Tələblər universitetə və ixtisasa görə fərqlənir — müraciətdən əvvəl konkret proqramı birlikdə yoxlayırıq.
Kimlər üçün uyğundur?
- Universitetdə dərs demək və ya elmi iş görmək istəyənlər
- İşləyib karyerasını akademik dərəcə ilə gücləndirmək istəyənlər
- Menecment, kommunikasiya və səhiyyə kimi sahələrdə dərəcə axtaranlar
Proqramlar səhifəsində "Doktorantura" filtrini seç və qiymətləri müqayisə et. Sənə uyğun proqramı tapmaq üçün ödənişsiz konsultasiyaya yazıl.
2 dəq oxuma
Hansı universitet sənə uyğundur?
WhatsApp-da yaz — məsləhətçimiz ödənişsiz seçim edəcək.